Fransada bu şəxslər məcburi peyvəndlənəcək

Fransada bu şəxslər məcburi peyvəndlənəcək

Fransa tibb və bir sıra digər işçilərin məcburi peyvəndlənməsini tətbiq edir.

Gundeminfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin prezidenti Emmanuel Macron bildirib.

"Tibbi işçilər və bir sıra digər peşələrin nümayəndələri üçün məcburi koronavirus peyvəndi tətbiq edirik. Bu təlimatın 15 sentyabr tarixindən etibarən həyata keçirilməsini yoxlamaq üçün nəzarət və inzibati cəzalar tətbiq ediləcək", - məlumatda deyilir.

Ölkə rəhbəri bu tədbiri Fransada epidemioloji vəziyyətin pisləşməsi ilə izah edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...