DÇ-2022: İranın ABŞ-a qarşı üstünlüyü, Ekvador və Seneqalın ikinci pley-off şansı - TƏHLİL
Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda Ekvadorla üz-üzə gələcək Seneqal yığması üçüncü dəfə bu milliyə rəqib olacaq.
"Report" xatırladır ki, Afrika təmsilçisi 2002-ci ildə 1:0, 2005-ci ildə 2:1 hesablı qələbə qazanıb.
Cənubi amerikalılar ilk dəfə mundiallarda bu qitənin komandası ilə görüşəcək. Seneqal seçməsi isə 2002-ci ildəki turnirdə Uruqvayla heç-heçə (3:3) edib, 2018-ci ildə Kolumbiyaya (0:1) uduzub. Ekvador kollektivi ən azı heç-heçə sayəsində 2006-cı ildən sonra ikinci dəfə qrupdan çıxacaq. Afrikalılar qələbə qazanaraq 2002-ci ildəki nailiyyəti təkrarlamaq istəyir.
A qrupunun digər matçında Niderland yığması ev sahibi Qətəri sınağa çəkəcək. Bu komandaya ilk dəfə rəqib olan "narıncılar" daha əvvəl mundiallarda Asiya milliləri ilə dörd dəfə görüşüb və bunların hamısında qalib gəlib. Qətər bu qarşılaşmada da uduzsa, ev sahibi kimi ən çox məğlubiyyət əldə edərək antirekord müəyyənləşdirəcək. Avropalılar bir xal qazansa, digər oyunun nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.
B qrupunda İran və ABŞ yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Sonuncu dəfə 2000-ci ildə (1:1) üz-üzə gələn tərəflər dünya çempionatlarında ikinci dəfə bir-birilərinə rəqib olublar. 1998-ci ildəki yarışda Asiya təmsilçisi qələbə qazanaraq (2:1) amerikalıların qrupdan çıxmasına mane olmuşdu. ABŞ turnir tarixində son dəfə qrup mərhələsində 2010-cu ildə Əlcəzairi məğlub edib - 1:0. İrana bu matçda heç-heçə də kifayət edəcək, rəqib isə mütləq qələbə haqqında düşünməlidir.
B qrupunun digər görüşündə İngiltərə Ueslin müqavimətini qırmağa çalışacaq. Yalnız 1966-cı ildəki mundialda qızıl medal əldə edən ingilislərə heç-heçə də bəs edəcək. Son Avropa çempionatının finalçısı Uelsə qarşı əvvəlki 6 qarşılaşmanın hamısından qalibiyyətlə ayrılıb və axırıncı dəfə 1984-cü ildə bu rəqibə uduzub - 0:1. İngiltərə millisi turnirdə ilk dəfə Britaniya komandası ilə üz-üzə gələcək. Onlar daha əvvəl qitə yarışlarında britaniyalılara (Şotlandiyaya qarşı: 1 qələbə, 1 heç-heçə; Uelsə qarşı 1 qələbə) yenilməyiblər. İlk iki oyunda qalib gələ bilməyən Uels daha əvvəl dünya və Avropa çempionatlarını (1958: 1 qələbə, 2016-cı il: 4 qələbə, 2020-ci il: 1 qələbə) qələbəsiz bitirməyib.
695 dəfə oxundu