`Rusiya `sülhməramlıları` erməni sahibkarlardan pul qoparırlar...` - Erməni vəkil FAKTLARI AÇIR...
Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti(!) yerləşdirilmiş Rusiya "sülhməramlı"ları Ermənistandan Qarabağa ərzaq və s. malların çatdırılmasını təşkil etmək müqabilində erməni sahibkarladan rüşvət alırlar.
GUNDEMİNFO.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda "@reartsakh" teleqram-kanalında Xankəndindəki vəkil Roman Yeritsyan məlumat yayıb.
"Bir neçə gün əvvəl mən Artsaxın bir sıra təsərrüfat subyektlərindən öyrəndim ki, kifayət qədər əhəmiyyətli məbləğdə pul kompensasiyası müqabilində sonuncular Rusiya "sülhməramlı" kontingentinin bəzi əməkdaşlarının köməyi ilə təxminən 35 milyon dram dəyərində əmlakı (telefon, kompüter, aksesuarlar, ərzaq, zəruri əşyalar və s.) gətirtməyə çalışıblar. Onlar da öz növbəsində çatdırılmasına görə ödəniş aldıqları əmlakı mənimsəmiş və hazırda onu sahibkarlara verməkdən imtina edirlər.
Daha sonra "sülhməramlı" kontingentin yüksək rütbəli məmurları da məsələni həll etmək üçün sahibkarlardan külli miqdarda pul (3 milyon dram) qoparmağa çalışıblar, lakin onlar bundan imtina etdikdən sonra sahibkarlara əmlakın bir hissəsinin zədələndiyini, digər hissəsinin təyinatı üzrə yararsız vəziyyətə düşdüyünü bildiriblər. Hazırda "sülhməramlı" kontingentin məsul şəxsləri iş adamları ilə görüşməkdən belə, imtina edərək, məsələnin həllini gözləməyi təklif edirlər. Məsul şəxslərdən biri təklif etdi ki, iş adamlarına dəyəri sadəcə ölçülməz olan uyğun qalan əmlakı təhvil versinlər, qalanını isə unutsunlar"
P.S. Əmlakın verilməsi, əmlakın dəyəri, pul tələb edilməsi, əmlakın məhv edilməsi, əmlakın mənimsənilməsi, əmlakın məhv olması haqda yalançı ifadələr və s. haqda aydın sübutlar var",- deyə erməni vəkil bildirir.
630 dəfə oxundu