Qarpızın qiyməti yenidən bahalaşdı: Səbəb nədir?

Qarpızın qiyməti yenidən bahalaşdı:
Yay süfrəsinin bəzəyi olan qarpızın qiyməti yenidən bahalaşıb.

Bu barədə Qaynarinfo-ya fermer Anar Abbasov məlumat verib. Onun sözlərinə görə, bu günə kimi sahədə 1 kiloqramı 22 qəpiyə təklif olunan qarpızın qiyməti yenidən bahalaşaraq, 30 qəpiyə satılır:

"Yəqin ki, bazarlarda da qarpızın qiyməti qalxacaq. Bu il hava şəraiti qeyri-sabit olduğu üçün qarpızın becərilməsində problemlər yaşanıb”.

Fermer bildirib ki, bazarda daha çox balaca qarpızlar satılır, onlar dadlı deyil, keyfiyyətzidir, yaxşı qidalanmayıblar:

"Ən yaxşı qarpızın çəkisi 5-8 kilo olanlardır. Bunlar daha keyfiyyətlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...