İrem Yılandil “Trendyol”un Azərbaycandakı nümayəndəsi təyin olundu - Dosye
Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan "Trendyol” Azərbaycanda yeni şirkət təsis edib.
Yeniavaz.com xəbər verir ki, “Trendyol”un Azərbaycanda açdığı şirkət “Trendyol Azərbaycan” MMC (VÖEN – 1406528091) adlanır.
Nizamnamə kapitalı 200 min manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189-da (Falez Plaza, 6-cı mərtəbə) yerləşir.
Şirkətin qanuni təmsilçisi İrem Çağrı Yılandildir.
Məlumat üçün bildirək ki, İrem Çağrı Yılandil daha əvvəl Türkiyədə “Trendyol” şirkətinin Marketinq direktoru olub.
İrem Yılandil Niderlandın Tilburg Univesitetində və Türkiyənin Koç Universitetində təhsil alıb. 2011-ci ildə “Doğuş Media Group”da layihə meneceri kimi fəaliyyət göstərib. Daha sonra “yemeksepeti.com” və “Zomato” şirkətlərində çalışıb. 2017-ci ildən “Trendyol”da işləyir.
Qeyd edək ki, bu ilin may ayında Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan "Trendyol” Azərbaycanın aparıcı şirkətlərindən olan "Paşa Holdinq” ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.
Türkiyənin ən böyük elektron ticarət platforması olan “Trendyol” 2010-cu ildə Demet Mutlu tərəfindən 300 min dollar sərmayə ilə qurulub.
“Trendyol”un qurucusu olan Demet Mutlu 22 avqust 1981-ci ildə Nyu-Yorkda anadan olub. Demet Mutlu orta təhsilini Fransız liseyində alıb. Daha sonra Nyu-York Universitetinin İqtisadiyyat fakültəsindən məzun olub. Bir müddət İsveçrə, Yaponiya, ABŞ və Türkiyədə maliyyə, marketinq və biznesin inkişafı sahələrində çalışan Mutlu daha sonra Harvard Universitetində magistr təhsilinə başlayıb. Türkiyəyə səfəri zamanı e-ticarətdə, xüsusilə də geyim sahəsində boşluq olduğunu görən Demet Mutlu təhsilinin ikinci ilində "Trendyol”u qurmaq üçün Harvard Universitetindən ayrılıb və Türkiyəyə gəlib.
Hazırda Türkiyədə və Avropanın 27 ölkəsində elektron ticarət platformasına sahib olan “Trendyol”un əsas səhmdarı dünyanın ən böyük elektron ticarət platformalarından birinə sahib olan Çinin “Alibaba Qrup” şirkətidir.
Dünya üzrə 260 minə yaxın işçisi olan “Alibaba Qrup”un 2022-ci ildə 7,5 milyard dollara yaxın xalis mənfəət əldə etdiyi bildirilir.
“Alibaba Qrup” şirkəti 2018-ci ildə 728 milyon dollar ödəyərək “Trendyol”un 75%-nə sahib olub. 3 ildən sonra “Alibaba Qrup” daha 350 milyon dollar sərmayə qoyaraq “Trendyol”dakı payını 86,5%-ə çatdırıb.
“Trendyol”un qurucusu olan Demet Mutlunun şirkətdəki payı 6,96%-ə düşüb. Bundan başqa şirkətin 5,55%-i Demet Mutlunun keçmiş həyat yoldaşı Evren Üçoka, 0,78%-i Begüm Tekinə, 0,21%-i isə Zeki Güçlü Kayaya məxsusdur.
Onu da bildirək ki, “Trendyol”un 1%-lik hissəsinə sahib olmaq təxminən 150 milyon dollara sahib olmaq deməkdir.
614 dəfə oxundu