Goranboyda dərsə gəlməyən şagirdləri cərimələməyə başladılar
“İnzibat Xətalar Məcəlləsi”nə edilən dəyişikliyə əsasən valideynlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.
Bu dəyişiklik şagirdlərini icbari təhsildən yayındırma kimi halların qarşısını almaq üçün atılıb. Amma görünən odur ki, buna başqa məqsədlə baxanlar var və artıq bəziləri bundan sui-istifadə etməyə çalışır. Artıq bu kimi faktlarla bağlı şikayətlər yayılır və məktəb direktorları ən adı məsələlər də belə valideynləri incidirlər, necə deyərlər bundan sui-istifadə edirlər.
Goranboy rayonun Nizami kənd orta məktəbinin direktoru bununla bağlı “fəaliyyətə başlayıb”. O, müvafiq dəyişiklikdən sui-istifadə edərək valideynlərdən pul toplayır. Müəyyən səbəblərə görə bir-iki gün şagird dərsə gəlməyən kimi direktor valideynlərə ismarıc göndərir və onlardan rüşvət alaraq şagirdlərə “qayıb” qoyulmasına imkan vermir. Məktəb direktoru şagirdlərin üzrlü səbəblərdən evdə qalması və dərsə gələ bilməmələrinə, valideynlərin müraciətlərinə də qulaq asmır və yalnız öz bildiyini edir. Məktəb direktorunun bu kimi hallarından artıq kəndə yaşayan insanlar təngə gəlib.
Ümumiyyətlə məktəbdə təhsilin səviyyəsi sıfır həddindədir. Təhsil Nazirliyindən bununla bağlı münasibət öyrənməyə çalışdıq. Bildirdildi ki, məsələnin araşdırılması üçün sorğu göndərək.
1084 dəfə oxundu