Sığorta sektorunda böhran DƏRİNLƏŞİR: Daha bir şirkət bazardan çıxdı

Sığorta sektorunda böhran DƏRİNLƏŞİR:
2023-cü ilin ilk doqquz ayında “Xalq Sığorta” şirkətinin sığorta yığımları 43,4% azalaraq 17,09 milyon manat təşkil edib.

Yenicag.az xəbər verir ki, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 13,1 milyon manata bərabər olub. Ötən ilin yanvar-sentyabr aylarında “Xalq Sığorta”nın yığımları 30,19 milyon manat olmuşdu.

Bu ilin III rübündə “Xalq Sığorta”nın sığorta ödənişləri isə 18,06 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 1,6 milyon manat azdır.

Bu dövrdə sığorta şirkətinin ödənişləri yığımlarından 967 min manat artıq olub. Bu isə onun zərərliliyini bir əvvələ nisbətən 65,1%-dən 105,7%-ə yüksəldib.

www.yenicag.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...