Qəzaya uğrayan “Ferrari” sabiq nazirin oğlunundur? - VİDEO

Ötən gecə Bakıda qəzaya uğrayan “Ferrari” markalı avtomobilin kimə məxsus olması müzakirələrə səbəb olub.

GUNDEMINFO.AZ Bakipost.az-a istinadən xəbər verir ki, baza məlumatlarında 77 SM 077 dövlət nişanlı “Ferrari California T” markalı avtomobili idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi göstərilir.

N.Babayev adı insanlar arasında bu şəxsin keçmiş iqtisadiyyat naziri Heydər Babayevin oğlu olması ehtimalını yaradıb.

Məlum olub ki, həmin avtomobilin keçmiş nazirlə heç bir əlaqəsi yoxdur.

Gürcüstan vətəndaşı olan Babayevin adı Nazhmaddin kimi qeyd olunub. Bu şəxs maşını etibarnamə ilə Yasamal rayonunda qeydiyyatda olan Mirsəlim Cəlil oğlu Məmmədzadə adlı şəxsə verib.

Onu da qeyd edək ki, qəzaya uğrayan avtomobilin qiyməti 400 min manatdan başlayır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...