Günə 750 min xərcləyirdi - indi həbsdə 8 manata möhtac qaldı - FOTO

Günə 750 min xərcləyirdi -
Günə 750 min lirə xərcləyən Dilan Polat həbsxanada pula möhtac qalıb.

Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycanda da çox izlənən sosial media fenomeni Dilan Polat və bütün ailə üzvləri həbs olunub.

Həbs edilənlər arasında Dilan Polatın bacı və qardaşı, Engin Polatın qardaşı, atası, Hətta Dilanın qoca nənəsi, o cümlədən ailənin hüquqşünası da var.

Onlar çirkli pulların yuyulması, vergi qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.

Dilan Polat 4 il əvvələ qədər doğum proseslərində fotoqrafçılıq etməklə tanınıb. Həyat yoldaşı Engin Polat isə kiçik inşaat işləri görüb.

Ailə 4 il ərzində Türkiyə və dünyada 130 şöbəsi olduğu deyilən gözəllik mərkəzi seti yaradıb. Mənbəyi bəlli olmayan pulla başladılmış ticarət fantastik sürətlə "böyüyüb". Sosial şəbəkələrdə təmtəraqlı həyatı ilə diqqət çəkməyi sevən Dilan Polat gah üzərinə qızıl tozu tökülmüş kofe içir, gah da hər gün AVM-də ən az 750 min lirə (təxminən 45000 manat) xərcləməyi ilə öyünürdü.

Bəs cah-cəlallı həyata alışmış Dilanın günlük həbsxana məsrəfləri nə qədər olacaq?

Türkiyə mediasında verilən məlumata görə, indən belə Dilan Polat həbsxanada ən çox 133 lirə (8 manat) xərcləyə biləcək.

Asta gedən çox gedər demişdilər. "Bərk gedən" Dilan Polat çox gedə bilmədi.

Analaşılmayan bir şey var. Bu qadın qanunsuz yollarla əldə etdiyi milyonları göz önündə reklam edəcək qədər axmaq idi?

Məqaləyə dair fotomateriallar:
(Lent.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...