“Yanğına görə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır”

“Yanğına görə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır”
Respublika Perinatal Mərkəzində baş vermiş yanğına görə Kliniki Tibbi Mərkəzin (KTM) Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.

Gundeminfo.az “Report”a istinadla xəbər verir ki, bunu KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloqu Aysel Qədimova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, şöbəyə 15 körpə gətirilib. Onlardan 6 nəfərin vəziyyəti ağırdır:

“Durumu ağır olan 6 körpədən 3-ü süni tənəffüs aparatına, digər 3-ü isə sipap aparatına qoşulub. Reanimasiyadan olan körpələrin yaxın zamanlarda palataya köçürülməsi nəzərdə tutulmur”.

A.Qədimova bildirib ki, KTM-ə təxliyə olunan körpələrin heç birində yanıq xəsarətləri aşkarlanmayıb:

“15 körpədən 6-sı qız, 9-u isə oğlandır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...