Bakıda əhalinin kabusu olan beton zavodu: sakinlər sement udur? - ARAŞDIRMA + VİDEO

Bakıda əhalinin kabusu olan beton zavodu:
Paytaxtın Yeni Yasamal yaşayış massivinin sakinləri bu ərazidə yerləşən Beton zavodundan ətrafa atılan tullantı, xüsusən də toz, dumandan şikayətçidirlər.

Sakinlər iddia ediblər ki, zavodda borulardan çıxan sement həyətlərinə dolur. Bu səbəbdən vətəndaşlar həyətə belə çıxa bilmirlər:

“Həyətdə paltar sərə bilmirik. Uşaqlarımız çölə çıxa bilmirlər. Yayda hava almaq, həyətdə oturmaq mümkün deyil. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma şikayətimizə baxılmır”.

Hər gün, xüsusilə də gecə saatlarında sement udmağa məhkum olan sakinlərin şikayəti ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, vəziyyətlə bağlı nə iş görüləcəyi və yaşayış evlərinin yaxınlığında zavodun niyə tikildiyi ilə bağlı araşdırma aparılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) isə ərazidə monitorinq aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

Ətraflı Baku TV-nin süjetində:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...