Vəzifəsindən azad edilən icra başçısı həbs edilə bilər - AÇIQLAMA
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Şair Balaşərif oğlu Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qeyd olunur ki, icra başısı Qusarda meşə sahəsini qanunsuz satdığı, təbiətə külli-miqdarda ziyan vurduğu üçün işdən çıxarılıb. Bəs görəsən, belə halda Şair Alxasov həbs edilə bilərmi?
Hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında deyib ki, bu, cinayətdir, belə bir fakt varsa, icra başçısı həbs oluna bilər.
“Təkcə cinayət deyil, bu məsələdə korrupsiya və bir neçə cinayət tərkibi var. Bu problem yalnız Qusarda deyil, ümumiyyətlə, Azərbaycanda geniş yayılıb. Hansı regiona gedirəmsə, hamı şikayət edir ki, meşələrimizi qırırlar. Bu, ümumi dərddir. Yaxşı olar ki, bütün regionlarda məsələ aktuallaşsın. Həmişə deyirəm ki, ictimai nəzarət olmasa, problem ümumi qaydada həll olunmayacaq. Evlər necə tikilir, torpaq kimə məxsusdur, biz bunu bilmirik. Problemin kökü haradadır? Daşınmaz əmlakın dövlət reysterinin qapalı olmasında. Bilmirsən ki, hansı sahə kimindir. Görürük ki, kimsə ərazidə iş aparır, ağac qırır. Normal ölkələrdə daşınmaz əmlakla bağlı hansı iş aparılsa, dövlət reyestrində göstərilir. Məsələn, Böyük Britaniyada evində təmir işi aparırsansa, əvvəlcədən bu barədə məlumat verməlisən ki, evdə nəyi dəyişirəm. İstənilən şəxs sistemdən buna baxa bilir. Çünki bunlar ümumi təhlükəsizlik məsələləridir. O ki qaldı meşə ola. Reyestr açıq olsa, ictimai nəzarət olacaq. Ekspertlər, mətbuat - hamı məsələni nəzarətə götürəcək. Tək-tək kiməsə qarşı mübarizə aparılmasını sistemli şəkildə mübarizə kimi qəbul etmirəm. Korrupsiyaya qarşı mübarizədə də şəffaflıq olmalıdır. Daşınmaz əmlakın da, kommersiya hüquqlu şəxslərin də reyestri açıq olmalıdır. Məmurların gəlir bəyannamələri də şəffaf olmalıdır. Bu da yoxdur...”
Qeyd: Qeyd: Mayın 14-də Baş Prokurorluq Qusarda məhv edilən meşə sahəsi ilə bağlı məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəmizin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu məqsədlə mövcud ekoloji problemlərin aradan qaldırılması, o cümlədən yaşıllıqların qorunması və bərpası naminə genişmiqyaslı işlər görülür.
Kompleks tədbirlərin davamı kimi, bu sahədə yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası daim diqqət mərkəzində saxlanmaqla, təbiətin mühafizəsinin təkmilləşdirilməsi ilə bağlı prioritetlər üzrə dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən birgə fəaliyyət həyata keçirilir.
Belə ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb.
Araşdırmalarla, vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.
Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.
460 dəfə oxundu