Erməni hərbçi həbs edildi: Bakıya elə məlumatlar ötürüb ki...

Erməni hərbçi həbs edildi:
Ermənistanda sosial şəbəkələr vasitəsilə Azərbaycana məxfi məlumatlar ötürən 43 yaşlı hərbçi həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, istintaq hərbçinin 2023-cü ilin yanvarından “Odnoklassniki” sosil şəbəkəsində qondarma adla fəaliyyət göstərən “Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi” ilə əlaqə saxlayıb.

“Söhbətlər nəticəsində o, Ermənistan silahlı qüvvələrinin qeyd olunan müqaviləli əsgəri ilə yaxın münasibət qurub və onu ələ keçirib. Bundan sonra 43 yaşlı kişi cinsi marağı əsas götürərək, daimi təmasda olmaq məqsədilə Azərbaycan kəşfiyyatçısının göstərişi ilə 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayına kimi dövlət sirri təşkil edən məlumatları – silahlar, silahların miqdarı və növləri, döyüş mövqelərinin yerləşdiyi yerlər və s. məlumatları toplayaraq Azərbaycana ötürüb”, – məlumatda qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...