Ukraynanın hücumu: Putinin cavabı nə olacaq? - ABŞ

Ukraynanın hücumu:
Vaşinqton Moskvanın Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumuna necə cavab verəcəyini bilmir.

Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Bunu demək çətindir. Putinin nə edəcəyini dəqiq deyə bilmərik”, - o, jurnalistlərin sualına cavab olaraq bildirib.

Kirbi həmçinin qeyd edib ki, ABŞ Rusiya qoşunlarının hərəkətini yaxından izləyir. Buna baxmayaraq, o, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində işğal olunmuş ərazilərə nəzarəti saxlaya bilib-bilməyəcəkləri sualına da cavab verməkdə çətinlik çəkdiyini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...