Məşhur tikinti şirkətinin 1,7 milyon manata yaxın vergi borcu var
Məşhur tikinti şirkəti "Encom Construction" Qapalı Səhimdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var.
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Əsədov Akif Adil oğlu olan QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 1 milyon 669 manat 890 manat 82 qəpik vergi borcu yaranıb.
Şirkət barəsində dəfələrlə pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına görə sanksiyası tətbiq edilib. Şirkətə tətbiq olunan ən yüksək sanksiya 65009.45 manat olub.
Qeyd edək ki, 2021-ci ildə qanuni təmsilçisi Əsədov Ramin Adil oğlu olan "Encom Construction" MMC təşkilati-hüquqi formasını dəyişərək, Qapalı səhmdar Cəmiyyətinə çevrilib.
"Encom Construction" tikinti şirkəti inzibati binaların, betonolit konstruksiyalar və dəmir konstruksiyalar, mikrotunel, mühəndis şəbəkələri və kommunikasiyaları sahəsindəki, mərkəzləşdirilmiş havalandırma və ventilyasiya sistemləri layihələri üzrə Bakı və ətrafındakı şəhərlərdə üç ədəd istehsalat bazasına malik olan böyük tikinti tresti var. Şirkətin mülkiyyətinə 2 asfalt istehsalı zavodu və bir beton istehsalı zavodu daxildir.
192 dəfə oxundu