Bu ölkə Zəngəzuru Azərbaycan ərazisi kimi tanıyıb - ŞOK FAKT

Bu ölkə Zəngəzuru Azərbaycan ərazisi kimi tanıyıb -
İsrailə məxsus “Jewish News Syndicate (JNS)” saytında Zəngəzur dəhlizi ilə bağlı yayımlanan məqalə diqqət çəkib.

Gundeminfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Surixdə yaşayan jurnalist Elbəyi Həsənli məlumat verib.

O, məqalədən sitat təqdim edib: vakansiyalar

“Zəngəzur marşrutu Azərbaycanı Ermənistan ərazisindən keçməklə Azərbaycanın anklavı olan Naxçıvanla birləşdirəcək. 1868-ci ildə Rusiya imperiyasının yaratdığı əyalət olan bu əraziyə Ermənistanın da, Azərbaycanın da iddiası var. 1919-cu ilin yanvarında o vaxt Azərbaycan üzərində mandata malik olan Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləyib.

Lakin 1920-ci ildə Sovet hakimiyyəti bölgəni nəzarətə götürdü və Azərbaycanla onun Naxçıvan eksklavı arasında quru əlaqəsini kəsərək ərazini yenidən Ermənistan Sovet Respublikasına verdi”.

E.Həsənli bu barədə daha öncə yazdığını bildirib:

“Böyük Britaniya Zəngəzur torpağını Azərbaycan ərazisi kimi tanıyıb və heç bir vaxt da bu tanımadan imtina etməyib. Avropa İttifaqındakı önəmli görüşlərdə bu faktı dilə gətirmək lazımdır. Xüsusən ABŞ siyasətçilərinə bu faktı dönə-dönə xatırlatmaq gərəkir.

Bir daha xatırladım ki, 1919-cu ildə dünyanı idarə edən əsas ölkə Böyük Britaniya idi. Elə indi də Britaniyanın sözü hər yerdə keçir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...