ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: Spirtli içkilər sertifikatlı olmalıdır

ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ehtimal qiyməti 59 min 442 manat 50 qəpik olan tender müsabiqəsi elan edib.


Tender müsabiqəsi Yeni il korporativ tədbirinin təşkili ilə bağlıdır.


ANAMA-dan verilən məlumatda bildirilir ki, 300 nəfərin iştirak edəcəyi Yeni il tədbiri “JW Mariott”, “Mariott Bulvar Hotel”, “Fairmont Flame Towers”, “Four Season”, “Hilton”, “Hyatt Regency” hotellərində yerləşən restoran və zallarda, habelə şəhərin mərkəzində yerləşən və konsepsiyaya uyğun digər restoranlarda təşkil edilməlidir. Tədbir 2024-cü ilin 25-30 dekabr tarixləri aralığında təqvim günlərinin birində (bazar günü xaric) saat 19:00-dan başlayaraq saat 00:00-dək təşkil edilməlidir. Furşetin (açıq bufet) menyusu 3 pozisiyadan ibarət olmalıdır:


1) Soyuq qəlyanaltı və salatlar – 10 çeşid


2) İsti yeməklər – 6 çeşid (milli və avropa mətbəxi)


3) İçkilər


Alkoqolsuz içkilər: Cola, Fanta, Sprite, təbii şirələr, çay, kofe;


Alkoqollu içkilər (Çaxırlar): Meysəri (və ya Savalan) ağ, Meysəri (və ya Savalan) yarı quru, Meysəri (və ya Savalan) quru;


Pivələr: Efes, Corona, Erdinger, Paulaner.


ANAMA-dan həmçinin bildirilib ki, spirtli içkilər sertifikatlı olmalıdır./Yeniavaz.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...