Sabiq nazirin adamları hakim qarşısında- ''MTN işi''nə görə həbs ediliblər

Sabiq nazirin adamları hakim qarşısında-


Bakı Ağır Cinayətlər Məhkəməsində "MTN işi"ndən sonra həbs edilən Rəşad Məmmədov və Fətulla Seyidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Musavat.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə baxışı sentyabrın 29-na təyin edilib. Xatırladaq ki, təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs ediliblər. Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının baş mühasibi olan Rəşad Məmmədov barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. F. Seyidov və R. Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...