Referendumdan sonra Azərbaycanda - Prezidentin fəaliyyətini təmin edən orqanlarda yeni vəzifələr yaradılır

Referendumdan sonra Azərbaycanda -


Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılıb. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə əlavələr müzakirə edilib.

Əlavəyə görə, maddənin 1-ci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil edilir.

Maddənin 2-ci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı, “orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri” vəzifələri də daxil edilir.

Maddənin 3-cü hissəsində (inzibati vəzifələrin ikinci təsnifatı) ikinci dərəcəli vəzifə təsnifatı siyahısı isə dəyişdirilir. Belə ki, qüvvədə olan “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri” təsnifatında orqan rəhbərlərinin müavinləri vəzifələri ləğv edilərək, orqanların bölmə rəhbərləri daxil edilir.

Layihədə o da qeyd olunur ki, sənəd Azərbaycan dövlət başçısının fəaliyyətini təmin edən orqanların işinin səmərəliyini təşkil etmək məqsədi ilə təqdim olunub.

Layihə səsə qoyularaq qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...