Jirinovski: “Ərdoğan devrilsə, Türkiyə parçalanacaq”

Jirinovski: “Ərdoğan devrilsə, Türkiyə parçalanacaq”


Ərdoğan hakimiyyətdən getsə, Türkiyə dağılacaq.

Axar.az “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bunu “Rossiya” telekanalında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, xarici qüvvələr Ərdoğanı devirmək üçün çalışırlar:

“Yaxın Şərq dünyanın ən gərgin bölgəsi kimi qalmaqda davam edir. ABŞ hər kəsi aldadır. ABŞ Rusiya, Çin və Avropanı gücsüz vəziyyətə salmaq üçün Yaxın Şərqdə xaos yaratmaqda davam edir. ABŞ həmçinin Rusiyada qeyri-stabilliyin olmasının tərəfdarıdır. Ona görə ki, Rusiya iqtisadiyyatının inkişafı Vaşinqtona sərf etmir. Əgər İraq və Suriyanın parçalanmasına yaşıl işıq yandırsaq, demək, onlardan sonra növbədə Türkiyə və İran olacaq. Daha sonra isə hadisələr Qafqaza keçəcək. Qısası, bu, bizə sərf etmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...