Azərbaycan millisinin rəqibinin qaldığı oteldə yanğın - VİDEO-FOTO

Azərbaycan millisinin rəqibinin qaldığı oteldə yanğın -


Azərbaycan millisinin futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti rəqibi olan Şimali İrlandiya yığmasının otelində yanğın baş verib.

Qaynarinfo.Az belfatslive.co.uk saytına istinadən xəbər verir ki, "Kalloden" otelində qalan irland futbolçular həyəcanlı anlar yaşasalar da, yanğın otelin içinə sıçramayıb.

Belə ki, yanğın otelə məxsus avtomobil dayanacağında baş verib. 1 avtomobil tamamilə yanaraq külə dönüb. Yerli Yanğınsöndürmə Xidməti hadisənin qəsdən törədilməsi ehtimalını yaxına buraxmayılar. Həmçinin bu da müəyyənləşib ki, yanğın yerində Şimali İrlandiya yığmasının və İngiltərənin "Viqan" klubunun hücumçusu Uill Qriqq olmayıb. Ancaq hazırda yanğının necə baş verməsi araşdırılır.

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtıyla 23:45-də başlayacaq. Oyun Şimali İrlandiyanın mərkəzi şəhəri Belfastın "Uindzor Park" stadionunda keçiriləcək.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...