Vitse-spikerdən Xədicə İsmayılla bağlı ittihamlara sərt cavab
“Əgər Xədicə İsmayılova hesab edirsə ki, günahsız yerə cəzaldırılıb, o zaman Avropa Məhkəməsinə müraciət etsin. Əgər o, bu yolları keçməyi bacarmırsa, beynəlxalq təşkilatlarda olan dostları ona bunu izah edərlər”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Vitse-spiker Xədicə İsmayılovanın barəsində çıxarılmış məhkəmə qərarını əldə rəhbər tutaraq Azərbaycana qarşı qərəzli kampaniya aparan bəzi beynəlxalq təşkilatlara cavab verib. Millət vəkili qeyd edib ki, hüququn, qanunun aliliyi prinsipini rəhbər tutan dövlətlər və cəmiyyətlər üçün belə çağırışlar etmək qəbul edilməzdir: “Bəzi beynəlxalq təşkilatların insan hüquqlarının qorunması ilə məşğul olan rəsmilərinin dünyada özlərini göstərmələri üçün Ukraynada Timoşenka, Azərbaycanda Xədicə, hər hansısa bir ölkədə başqa bir qadın bir bəlgə rolunu oynayır.
Bir məsələ ki, hüquqi müstəvidə araşdırılıbsa, bir şəxsin konkret cinayət əməlinə hüquqi qiymət verilibsə, dərhal onun azad edilməsi, həbs hökmünə xitam verilməsi ilə bağlı çağrışlar etmək nə dərəcə əhəmiyyətlidir? Bu çağışları edənlər öz ölkələrində hansısa bir cinayətkarı, günahına görə məhkum edilmiş bir şəxsi bir çağırışla azad etdirə bilərlərmi? Bu onların ölkərində mümkündürmü? Belə çağrışlar etməklə onlar nə etmək istəyirlər?
Hesab edirlər ki, çağırış etdikdən sonra məhkəmə hökmü ləğv olunmalıdır? Bu nə yanaşmadır? Belə bir şey ola bilməz”.
B.Muradova Xədicə ilə bağlı ölkəmizə çağırışlar edənləri məsuliyyətsiz adlandırıb:“Bu, onların Azərbaycan qarşı olan qərəzli mövqelərini nümayiş etdirir. Burada hüququn, qanunun aliliyinin pozulmasından söhbət gedə bilməz. Bu, bir şəxsin istəyinə bağlı olan bir çağırışdır. Həmin şəxsin bütün məhkəmə instansiyalarına müraciət etmək hüququ da var”.
1122 dəfə oxundu