İqtidarla müxalifət arasında görüş olmayacaq

İqtidarla müxalifət arasında görüş olmayacaq


"Sentyabr ayı ərzində Azərbaycanda iqtidarla müxalifət arasında görüşün keçirilməsi gözlənilmir"

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, hazırda iqtidar-müxalifət arasında görüşün keçirilməsi gündəmdə deyil: "Azərbaycanda parlament seçkilərinə start verilib. Siyasi partiyalar da seçkiyə hazırlaşırlar. Ona görə də bu ay iqtidarla müxalifət arasında növbəti görüşün keçirilməsi gündəmdə deyil".Xatırladaq ki, indiyədək iqtidarla müxalifət arasında üç görüş keçirilib. Sonuncu görüş "Bakı-2015" I Avropa Oyunlarından öncə, mayın 15-də keçirilib. Görüş Azərbaycan Prezident Administrasiyasının təşəbbüsü ilə baş tutub.

Tədbirdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev və bir neçə müxalif partiyanın sədri iştirak edib.
Əldə olunan razılaşmaya əsasən iqtidar-müxalifət arasında görüşlər iki aydan bir keçirilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...