Lesbiyanlar Avropa Parlamentində Azərbaycan haqda nə deyib...

Lesbiyanlar Avropa Parlamentində Azərbaycan haqda nə deyib...


Avropa Parlamentinin ötən həftə qəbul etdiyi və Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsində seksual azlıqların hüquqları məsələsi də yer alır. Qətnamənin bəndlərinin birində deyilir ki, Avropa Parlamenti Azərbaycanda seksual azlıqların (LGBT) vəziyyətindən “olduqca narahatdır” və bu qəbildən olan insanlara qarşı “siyasi nifrət çağırışlarını” qətiyyətlə pisləyir.

Virtualaz.org saytı xəbər verir ki, əvvəllər olduğu kimi bu dəfə də Avropa lesbiyanlarının liderləri Azərbaycan hakimiyyətinin alovlu tənqidçiləri sırasında öndə gediblər. Avropa Parlamentinin LGBT hüquqlarının müdafiəsi üzrə qrupunun həmsədri Ulrike Lunaçek son illərdə Azərbaycanda “azı 3 LGBT mənsubunun homofob motivlərlə öldürüldüyünü” deyib. O, Azərbaycanda ən müxtəlif səviyyələrdə, o cümlədən siyasətçilər səviyyəsində LGBT-lərə qarşı “alovlu nitqlərin” eşidildiyini bildirib.

Avropa Parlamentinin digər lesbiyan üzvləri Kati Piri və Tanya Fajon da müzakirələr zamanı Azərbaycanda seksual azlıqların hüquqlarının pozulmasının “vətəndaş cəmiyyətinin daha geniş və sistemli şəkildə sıxışdırılmasının” bir hissəsi olduğunu deyiblər. Lesbiyanlar Azərbaycanda “siyasi məhbusların hüquqlarının pozulması” ilə LGBT-lərin hüquqlarının pozulmasını eyniləşdiriblər. Piri və Fajon çıxışlarında Avropa Komissiyasını, Avropa İttifaqının Şurasını və xarici siyasət üzrə ali nümayəndəsini Azərbaycanda LGBT-lərin hüquqlarını yüksək səviyyədə hökumətlə müzakirə etməyə, təzyiqlər göstərməyə, o cümlədən vəziyyət yaxşılaşmasa strateji tərəfdaşlıq haqda danışıqları dayandırmağa çağırıblar. Xatırladaq ki, Avropa Parlamentinin qətnaməsinə görə, bu danışıqlar rəsmi Bakı tərəfindən artıq dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...