Bəşər Əsəd Avropanı terroristlərə dəstək verməkdə günahlandırdı

Bəşər Əsəd Avropanı terroristlərə dəstək verməkdə günahlandırdı


Suriya prezidenti Bəşər Əsəd Avropanı hədəf alan sözlər söyləyib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Rossiya 24" kanalında yayımlanıb. Rusiyalı jurnalistlərin suallarını cavablandıran Bəşər Əsəd Suriyada razılıq əldə etmək üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. Prezident deyib: "İnsanlar öldüyü müddətdə uğur qazanmaq mümkün deyil. Razılıq əldə edə bilərik, lakin Suriyada terrorizmə qalib gəlmədiyimiz halda heç bir şey deyişməyəcək". Avropanın üzləşdiyi qaçqın böhranından da söz açan Əsəd qeyd edib ki, məsələ Avropanın qaçqınları qəbul edib-etməməsi deyil: "Bu problemin əsas səbəbləri ortadan qalxmalıdır. Əgər qaçqınların aqibəti avropalıları narahat edirsə, o zaman terroristlərə dəstək verməyi kəssinlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...