Milli Park “Azenco” şirkətini məhkəməyə verdi

Milli Park “Azenco” şirkətini məhkəməyə verdi


Hirkan Milli Parkı "Azenco" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. "Report"un xəbərinə görə, Milli Park zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, Hirkan Milli Parkı Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə 2004-cü il fevralın 9-da yaradılıb. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir.

"Azenco" şirkəti isə dövlət müəssisəsi olan “Azərenerji” ASC-nin tərkibində "Azərenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1094 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...