"Suriyadakı hərbi əməliyyatların məqsədi rus xalqını terror təhlükəsindən müdafiə etməkdir"

 "Suriyadakı hərbi əməliyyatların məqsədi rus xalqını terror təhlükəsindən müdafiə etməkdir"


Rusiyanın baş naziri Dmitri Medvedyev ölkəsinin Kosmik-Hava Qüvvələrinin Suriyadakı əməliyyatlarının rusiyalıların terrorizm təhlükəsindən müdafiə məqsədi daşıdığını bəyan edib.

APA-nın məlumatına görə, bu barədə o, “Rossiya 24” kanalına müsahibəsində deyib. Baş nazir bildirib ki, Rusiyanın müdafiə sahəsinə ayırdığı xərclər az deyil: “Bu xərclər ölkəmizin hazırkı vəziyyəti və bizim Silahlı Qüvvələrimizin yenidən təşkilinin zəruriliyi ilə əsaslandırılır. Xərclər həmçinin xüsusi tapşırıqları yerinə yetirmək üçün də kifayət edir. Hazırda belə tapşırıqlardan biri Rusiya Silahlı Qüvvələri tərəfindən Suriyada reallaşdırılır. Biz Rusiya xalqını terror təhlükəsindən müdafiə edirik. Terrorizmlə ölkə daxilində mübarizə aparmaqdansa, bunu ölkə sərhədindən kənarda etmək daha yaxşıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1049 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...