Gözlərdəki bu əlamətlər koronavirusun simptomları ola bilər
Koronavirus bədənə gözlərdən, burundan və ağızdan yoluxur.
“Gundeminfo” Türkiyə mediasına isitnadən xəbər verir ki, bu barədə professor Banu Coşar geniş açıqlama verib.
Onun sözlərinə görə, xəstə olan şəxs hər dəfə danışanda və ya öskürəndə ağzından, burnundan saçılan damcılar digər insanın üzünə təmas edir. Həmin damcılar isə bədənə ağız, burun və gözlər vasitəsilə keçir. Üzərinə virus hopan əşyaya toxunduqdan sonra gözləri ovxalamaq da yoluxma təhlükəsini artırır. Koronavirusa yoluxandan sonra gözlərdə qızarıqlıq və yanma yaranır. Coşar qeyd edib ki, virus gözlərdən ağciyərlərə, oradan isə digər orqanlara keçə bilir:
“Konyunktivit adlanan qızarıqlıq pasiyentlərin 1-3%-ində meydana gəlir. Konyunktivit zamanı dərhal təşvişə də düşmək olmaz. Bu, hər hansı allergiya səbəbindən də ola bilər. Buna görə həkimə müraciət etmək lazımdır”.
Virusa yoluxmanın qarşısını almaq üçün linzalardan istifadəni bir müddət dayandırmaq, əlləri yumadan əsla gözə vurmamaq tövsiyə edilir.
646 dəfə oxundu