ABŞ-da koronavirus qurbanlarının sayı 60 mini ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 60 mini ötdü
ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının, KİV və başqa mənbələrin statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı 60 mini ötüb, virusa yoluxmuş 116 mindən çox insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...