Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxdu, 40 nəfər SAĞALDI

Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxdu,

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...