"Biz Sovet sisteminin məhsuluyuq" - Məzahir Pənahov
Bunu ANS-ə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri namizədlərə pulsuz efir vaxtı verilməməsi haqqında deyib: «Keçən dəfəki, parlament seçkilərində 60 dairədən yuxarı YAP-dan başqa heç bir siyasi partiyanın namizədliyi qeydə alınmamışdı. Seçki Məcəlləsinin tələbinə görə, ödənişsiz efir vaxtı 60-dan artıq dairədə namizədliyi qeydə alınan siyasi partiyalar olanda, dəyirmi masa şəklində ödənişsiz verilir. Keçən dəfə namizədlərə pulsuz efir vaxtının verilməsi MSK-nın təşəbbüsü idi ki, prezident də bunu dəyərləndirdi və büdcədən ona vəsait ayrıldı. Bu nə məcəllədə, nə də heç bir qanunda yox idi».
«Seçkilərin nəticələrinin tanınması ilə bağlı problem gözlənilmir ki» sualına cavabında MSK sədri deyib ki, əsas Azərbaycan ictimaiyyətinin razı qalmasıdır: «Bütün dünyada olduğu kimi, Azərbaycan ictimaiyyəti əmin olsun ki, seçkidə zəifin, azlığın səsi də eşidilir. Bu baxımdan bizdə deyilən qədər problem yoxdur. Heç bir ölkədə müxalifətin dediyini iqtidar tərifləmir ki? Demir ki, yaxşıdır. Bizdə stereotip fikirlər var. Biz Sovet sisteminin məhsuluyuq, elə başa düşürük ki, kimsə tənqid olunursa, pis deyirsə, deməli o pisdir. Amma bu bir həqiqətdir ki, ideal cəmiyyət mümkün ola bilməz».
981 dəfə oxundu