İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib - FOTO

İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib -

Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğlu İsveç Krallığında koronavirusdan (COVID-19) vəfat edib.
Bunu "Report"un Avropa bürosuna İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand bildirib.
Əslən Neftçala rayonundan olan M.Hüseynov Stokholmda ötən gecə xəstəxanada vəfat edib. Ailəsi mərhumun Azərbaycana gətirilərək Vətəndə dəfn olunmasını istəyir.
N.Hollenbrand qeyd edib ki, İsveçdə 47 yaşlı daha bir azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.
Xatırladaq ki, İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc də aprelin sonunda koronavirus pandemiyasından vəfat edib.

İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
660 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...