Şeyx seçkilərlə bağlı mollalara çağırış etdi

Şeyx seçkilərlə bağlı mollalara çağırış etdi


Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı axund və imamlara çağırış edib.

GUNDEMİNFO.AZ SalamNews-a istinadən xəbər verir ki, QMİ sədri bildirib ki, qarşıdan gələn seçkilərdə axund və imamlar fəal olmalı və keçiriləcək seçkilərdə iştirak etməlidir: "Fərqi yoxdur hansı namizədə səs verirsiniz, əsas odur ki, keçiriləcək parlament seçkilərinə gedib öz bəyəndiyiniz namizədinizə səs verəsiniz. Bu seçkilərdə sizi fəal olmağa çağırıram".

QMİ sədri həmçinin qarşıdan gələn Məhərrəm ayı ilə bağlı axund və imamlara öz tövsiyyə və tapşırıqlarını verib: "Axundlar öz moizələrində QMİ-nin tərtib etdiyi kitabdan istifadə etməlidirlər. Bundan başqa ölkə ərazisində azan eyni vaxtda verilməlidir. Çünki azanın eyni vaxtda verilməsi milli-mənəvi birliyimizi, daxili vəhdətimizi təmin etmək baxımından zəruridir". O bildirib ki, yalnız daxili vəhdətimizi qorumaqla, milli-mənəvi birliyimizi daha da möhkəmləndirməklə, Vətənimizin maraq və mənafelərinə sadiq olmaqla biz bu bəlalardan qoruna bilərik.

A.Paşazadə bu tələbləri pozulacağı halda müvafiq cəza tədbirlərinin görüləcəyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...