Kimlər üçün maskadan istifadə etmək təhlükəlidir?

Kimlər üçün maskadan istifadə etmək təhlükəlidir?

Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) əziyyət çəkən insanların mütəmadi olaraq maska taxması tövsiyə olunmur.

TASS-ın məlumatına görə, Rusiyada LOR-Klinikanın rəhbəri, tibb elmləri namizədi, ali dərəcəli həkim Vladimir Zaytsev bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, maska taxmaq nəfəs almaqda çətinlik yaratdığına görə, bəzi şəxslər üçün bu təhlükəli ola bilər.

“Bunlar bronxospazm, yüngül dərəcəli asfiksiya, təngnəfəslikdən əziyyət çəkən insanlardır. Ümumiyyətlə, nəfəs alma problemləri olan pasiyentlərdir”, - deyə V.Zaytsev bildirib.

Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlara bir neçə dəfə istifadə edilən maskalar xüsusən təhlükəlidir.

Tibb işçisi AXOX-dan əziyyət çəkənlərə sərt özünütəcrid rejiminə riayət etməyi məsləhət görüb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...