Azərbaycanda sərhədlərin bağlanmasının vaxtı uzadıldı

Azərbaycanda sərhədlərin bağlanmasının vaxtı uzadıldı

Azərbaycanın dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

Operativ Qərargahdan "Qafqazinfo"ya daxil olan məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
613 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...