İtaliyada koronavirusun fəallığında azalma: ikinci dalğa olmaya bilər

İtaliyada koronavirusun fəallığında azalma:

İtaliyada koronavirusa yoluxma fəallığı azalmağa başlayıb.

“RİA Novosti” xəbər verir ki, bunu Milanda yerləşən San-Raffaelle xəstəxanasının baş həkimi Alberto Zanqrilo deyib.

O izah edib ki, COVID-19 xəstələrində aparılan son analizlərdə virusun yoluxucu keyfiyyətinin aşağı düşdüyü müşahidə olunur. Bu da virus yükünün azalması mənasını verir:

“Son 10 gün ərzində götürülən yaxmaların nəticələrində virus yükünün bir və ya iki ay əvvəlkilərlə müqayisədə əhəmiyyətli dərəcədə azalması müşahidə edilir”.

Həkimin sözlərinə görə, əldə edilən nəticələr İtaliyada pandemiyanın ikinci dalğasının olmayacağını deməyə əsas verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...