Emin Ağalarov koronavurusa yoluxubmuş - Özü danışdı

Emin Ağalarov koronavurusa yoluxubmuş -

"Crocus City Hall” və "Vegas City Hall”-ın konsert salonlarına rəhbərlik edən 40 yaşlı azərbaycanlı müğənni Emin Ağalarov "Moskovskiy Komsomolets”ə sensasion açıqlama verib.

Gundeminfo.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanın xalq artisti koronavirusa yoluxduğunu, amma bunu mediadan gizlətməyə məcbur olduğunu etiraf edib.

Milyarder iş adamı Araz Ağalarovun oğlu olan E.Ağalarov opera müğənnisi Yusif Eyvazovun "İnstaqram” da etdiyi canlı yayımda qonaq olub. O, verdiyi müsahibədə xəstəliyə yoluxduğunu, amma adının ətrafında çoxsaylı şayiələri artırmamaq üçün bu xəbəri gizlətdiyini deyib.

E.Ağalarovun sözlərinə görə, xəstəlik səbəbindən kifayət qədər ciddi imtahandan keçib. Həyatında heç vaxt tək qalmadığını deyən müğənni xəstəlik səbəbindən iki həftə özünü izolyasiya etmək məcburiyyətində qalıb.

"40 il ərzində ilk dəfə özümlə tanış oldum" deyə, musiqiçi izolyasiyada keçirdiyi vaxta işarə edərək zarafatından da qalmayıb.

Ağalarov xəstəlik zamanı qanında əmələ gələn antikorların onu bundan sonra koronavirus infeksiyasından qorumağa imkan verəcəyinə inandığını da bildirib. O, xəstəlik səbəbindən uşaqları ilə məsafəli görüşdüyünü, onlar üçün darıxdığını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...