"Büdcə müzakirələri dayandırılsın" - Siyavuş Novruzov

"Büdcə müzakirələri dayandırılsın" -


“Bir neçə gün öncə prezident İlham Əliyevin doqquz ayın yekunları ilə bağlı geniş və əhatəli çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına kifayət edir”.

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, prezidentin həm dünyada, həm ölkədə gedən hadisələri, həm beynəlxalq, həm də ictimai-siyasi vəziyyəti əhatəli şəkildə şərh etdiyini, bu çıxışdan sonra müzakirələrə ehtiyac qalmadığını qeyd edib: “Prezident İlham Əliyev 2016-cı ilin büdcəsinin gələcəkdə necə formalaşması, hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti ilə bağlı, xüsusi olaraq ictimaiyyəti maraqlandıran bütün məslələrə münasibətini bildirdi. Bundan sonra əlavə fikir söyləmək istəmirəm”.

O, müzakirələri dayandırmağa çağırıb. YAP rəsmisi bildirib ki, bununla da hökumətə büdcəni nəzərdən keçirməyə imkan yaratmaq lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...