Məzahir Pənahov Mehmanın müalicəsinə pul köçürdü

Məzahir Pənahov Mehmanın müalicəsinə pul köçürdü
Məzahir müəllimin Mehman Hüseynovun xəstəliyi ilə əlaqədar ona yardım göstərməsi barədə məlumatsızam. Ancaq əgər bir adamın yardıma ehtiyacı varsa, ona köməklik olunması insanlıq borcudur.

Bu sözləri Axar.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov Məzahir Pənahovun xərçəng xəstəliyindən əziyyət çəkən və hazırda İsveçrədə müalicə hazırlığına başlayan bloger Mehman Hüseynovun adına olan hesaba pul köçürməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. M.Rəhimov M.Heseynovla bağlı yardım kampaniyası haqda məlumatlı olduğunu qeyd edib:

“Amma həmin vəsaitin necə, harada toplanmasından xəbərsizəm. Hər bir insana siyasi baxışından asılı olmayaraq, çətin vaxtda köməklik olunması lazımdır. Allahdan Mehmana şəfa diləyirəm”.

Qeyd edək ki, hazırda İsveçrədə xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış bloger Mehman Hüseynovun müalicəsi üçün yardım kampaniyası başladılıb və artıq 140 000 manat vəsait toplanıb. Sfera.az yardım kampaniyasına hakim Yeni Azərbaycan Partiyasının (YAP Gənclər Birliyi) və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun da qoşulduğunu bildirib.

Mediada Məzahir Pənahovun Mehman Hüseynova maddi dəstək olduğunu əks etdirən foto-skrin də yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...