Koronavirusa qarşı deksametazon: ÜST direktoru Böyük Britaniya hökumətini təbrik edir
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun müalicəsində elmi nailiyyətin əldə olunduğunu bəyan edib.
Virtualaz.org xəbər verir ki, Qebreyesus Böyük Britaniyada deksametazon stereodinin koronavirus infeksiyasından müalicədə klinik sınaqlarının nəticələri haqda danışıb.
Oksford universitetinin alimləri aydınlaşdırıblar ki, iltiham əleyhinə pereparat olan deksametazon süni tənəffüs aparatına qoşulmuş koronavirus xəstələri arasında ölüm riskini 35 faiz azaldır. Kislorod müalicəsinə qoşulmuş xəstələrdə isə ölüm hallarını 20 faiz aşağı salır.
Dərman Böyük Britaniya hökuməti tərəfindən bəyənilib. Deksametazonu dünyada koronavirus infeksiyasından müalicə üçün ilk dərman elan ediblər.
“Bu, əla xəbərdir və mən Böyük Britaniya hökumətini, Oksford universitetini, Britaniyadakı bir çox xəstəxanaları və pasiyentləri insanların həyatını xilas etməyə imkan verən bu elmi nailiyyətə görə təbrik edirəm”,-ÜST direktoru bildirib.
Qeyd edək ki, deksametazon 50 ildən çoxdur mövcuddur və ağ ciyərlərin iltihabında, astma xəstəliyinin müalicəsində istifadə olunur. Oksford alimləri bu dərmanı 2 mindən çox xəstədə sınaqdan keçiriblər və məlum olub ki, deksametazon ağır vəziyyətdə olan koronavirus xəstələrində ölüm hallarını xeyli azaltmağa imkan verir. Bu dərman baha deyil və hamı üçün əlçatandır. Britaniyada hesablayıblar ki, əgər deksmetazonun faydası barədə daha əvvəl məlum olsaydı minlərlə insanın həyatını xilas etmək mümkün olardı.
Lakin onu da nəzərə almaq lazımdır ki, deksametazon ancaq ağır vəziyyətdə olan xəstələrə tətbiq edilir və onu koronavirusa qarşı tam çarə hesab etmək olmaz.
745 dəfə oxundu