Mübariz Mənsimova qarşı 26 SƏHİFƏLİK İTTİHAM - FETÖ ilə əlaqələr və daha nələr...
“Fətullahçı Terror Təşkilatına üzv olmaq” ittihamı ilə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində istintaq prosesi başa çatıb.
Lent.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən 3 bölümdən ibarət 26 səhifəlik ittiham verilib. İttiham aktında şübhəlinin FƏTO-ya aidiyyəti tək-tək izah edilib və təşkilatın rəhbərinin əşyalarını muzeydə nümayiş etdirdiyi də qeyd edilib.
İstintaqın nəticəsinə görə, azərbaycanlı iş adamının FƏTO-nun ən yaxşı menecerlərindən olan Akın İpək, Suat İldırım, Süleyman Uysal ilə sıx telefon əlaqəsində olduğu məlum olub. Mənsimovun Təşkilatın Rus imamı Əhməd Hamdi Vural ilə iş yerində görüşdüyü və müəyyən edilib.
Onun təşkilatın rəhbəri Fətullah Gülənlə üz-üzə görüşdüyü, hətta şəxsi əşyalarını alıb muzeydə sərgiləməsi, xaricdəki məktəb və dərnəklərin fəaliyyətlərini davam etdirməsi üçün maddi yardım göstərdiyi bildirilib.
İttiham aktında Mənsimovun FƏTO/PDY silahlı terror təşkilatı ilə intensiv təmasının dekabrın 17-dən 25-dək olan dövrdən sonra da davam etdiyi və təşkilatın idarəçiləri ilə sıx təmas və əməkdaşlığın 2016-cı ilə qədər davam etdiyi qeyd edilib. Təşkilatın xarici struktur quruluşuna cavabdeh olan Ahmet Hamdi Vural ilə gizli bir görüş və əlaqənin olduğu, qeydlərin və müsahibələrin aşkarlanmasının qarşısını almaq üçün "Cammer" adlı danışıq cihazlarından istifadə olunduğu qeyd edilib.
Prokurorluq Mübariz Mənsimovun "Silahlıterror qruplaşmasına üzv olmaq" cinayətindən cəzalandırılması istənilib. O, yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində mühakimə olunacaq.
660 dəfə oxundu