Məhdudiyyətlərin tətbiqinə başlanılıb - Bakı polisi

Məhdudiyyətlərin tətbiqinə başlanılıb -
Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhərində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.

Bu barədə “Report” Bakı Şəhər Baş Polis İdarəsinə xəbər verir.

Qeyd edək ki, bu gündən Bakıda, eləcədə bəzi şəhər və Abşeron rayonların ərazisində xüsusi karantin rejimi sərtləşdirilib. İyunun 19-da Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bəzi məhdudiyyətlər tətbiq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...