12 yaşlı uşağa “neqativ” SMS-i gəlsə də, sonra səhv olduğu deyilib

12 yaşlı uşağa “neqativ” SMS-i gəlsə də, sonra səhv olduğu deyilib
Azərbaycan Dövlət Neft Şirkəti Çilov adasına neftçilərlə birgə koronavirus testi verməyən və sonradan koronavirusa yoluxduğu bəlli olan sakinlərin daşınmasına münasibət bildirib.

Şirkətin mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mart ayından başlayaraq hər bir insan öncədən analiz verib, COVİD-19 virusuna yoluxma faktı aşkar edilmədikdən sonra Çilov adasına gəlir: “Yəni bu qayda yalnız neftçilərə deyil, bütün sərnişinlərə tətbiq olunur. Sərnişinlərə nəzarət SOCAR tərəfindən deyil, gəmilərin operatoru Xəzər Dəniz Gəmiçiliyi tərəfindən həyata keçirilir.

İyunun 28-də Pirallahıdan Çilov adasına PS-173 gəmisi ilə ümumilikdə 30 nəfər sərnişin gəlib. Sərnişinlər arasında “28 May” NQÇİ-nin işçiləri ilə yanaşı səfərdən əvvəl analiz vermiş Çilov adasının sakinləri də olub. Sakinlərin arasında ailə üzvləri ilə birlikdə olan 12 yaşlı Aynur Fətullayeva da, hamı kimi analiz verib və sözügedən infeksiyaya yoluxması aşkar edilmədiyi barədə iyunun 27-də onun mobil telefonuna “SMS” gəlib. Gəmi dispetçerinə və gəmi heyətinə həmin “SMS”i təqdim etdikdən sonra o, gəmiyə buraxılaraq adaya gəlib.

Lakin bir gün sonra, Çilov adasında yeləşən tibb müəssisəsinin işçiləri A.Fətullayevının yaşadığı evə gəlib və ona gələn “SMS”in səhvən göndərildiyini bildiriblər.

A.Fətullayevadan və onun bütün ailə üzvlərindən təkrar yaxma götürülərək analiz üçün şəhərə göndərilib. Çilov qəsəbə nümayəndəsi tərəfindən A.Fətullayevanın ailə üzvləri ilə profilaktik söhbətlər aparılıb və onların özünütəcrid etmələri təmin edilib. Eləcə də, gəmi ilə gəlmiş digər işçilərdən iyulun 1-də analiz üçün təkrar yaxmaların götürülməsi təşkil edilib. Testin nəticələri hazır olmadığına görə, həmin işçilər arasında yoluxma faktı hələ təsdiqlənməyib. İşçilərimizin sağlamlığı bizim üçün ən üstün prioritet olaraq, onların səhhəti daim nəzarət altındadır. Yoluxma şübhəsi olan işçilərimiz hazırda digər işçilərdən təcrid olunub”.

Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat yayaraq bildirib ki, iyunun 27-də hava şəraiti ilə əlaqadar Günəşli yatağına helikopter olmadığı üçün 28 May adına NQÇİ və KQİT-nin Loqistika bölməsinin işçiləri (32 nəfər) test yoxlamasından keçib karantindən çıxdıqdan sonra gəmi ilə (PS-153) Çilov adasına, iyunun 28-də isə helikopterlə dərin dəniz özüllərinə göndəriliblər. Gəmidə karantində olmuş işçilərlə yanaşı heç bir tibbi müayinədən keçməyən Çilov adasının sakinləri də olub. Ümumilikdə gəmidə 70 nəfər adam olub. Çilov adasına çatdıqdan bir gün sonra həmin gəmidə gedən Çilov adasının sakinlərindən 6 nəfərdə koronovirus aşkarlanıb. Gəmidə neftçilərlə birlikdə 28 May adına NQÇİ rəhbərliyi də olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...