Ermənistan daha 10 hərbçisinin yaralandığını etiraf etdi

Ermənistan daha 10 hərbçisinin yaralandığını etiraf etdi

Ermənistan Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlərdə yaralanan hərbçilərinin sayını açıqlayıb.

Virtualaz.org-un məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, döyüşlərdə yaralanan 10 hərbçi hazırda müalicə olunur.

Onlardan birinin vəziyyəti çox ağır, 5 nəfərin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti isə yüngüldür.

Qeyd edək ki, işğalçı ordu indiyədək Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yalnız 4 hərbçinin öldüyünü etiraf etmişdi. Digər itkilər hələ rəsmi olaraq açıqlanmır və ermənilər tərəfindən gizlədilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...