Döyüşlər yenidən başlaya bilər - TƏHLİL

Döyüşlər yenidən başlaya bilər -

“Azərbaycan ilə Ermənistan arasında döyüşlərin başlama riski hər zaman var. Tovuzda baş verən hadisələrdən sonra hər iki tərəf emosional vəziyyətdədir. Bunu xaricdəki aksiyalar zamanı azərbaycanlılarla ermənilər arasında baş verən toqquşmalar da göstərir. Hər iki tərəf indi daha aqressivdir. Bizim səbəbimiz keyfiyyət baxımından ciddi itkilər verməyimizdir. Söhbət generaldan, polkovnikdən və zabitlərdən gedir. Sözsüz ki, biz bu təxribata qarşı etiraz formasını göstəririk”.

Bu fikirləri Reyting.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə Ermənistanın Tovuz rayonu istiqamətindəki hərbi cinayətlərindən və bunun cəbhədəki vəziyyətə təsirlərindən danışarkən deyib.

Hərbi ekspert qeyd edib ki, cəbhədə istənilən atəş pozuntusunu istər Azərbaycan tərəf, istərsə də ermənilər aqressiv qəbul edərək dərhal cavab verməyə çalışacaq:

“Ermənilər Tovuz təxribatının baş verməsinə səbəb kimi guya bizim “UAZ” markalı hərbi maşınımızın sərhəddə hərəkətini göstərirlər. Amma bu, Tovuzda belə ciddi qarşıdurmaya səbəb ola bilməzdi. Deməli, bu səbəbin arxasında hansısa istək də olub. İndi isə istək iki tərəfdə daha çoxdur, üstəlik emossiyalar da var. Bu mənada cüzi təxribat yenidən döyüşlərlə nəticələnə bilər”.

Növbəti döyüşlərin cəbhənin hansı istiqamətində başlaya biləcəyinə gəldikdə, A. İsazadə bunu proqnozlaşdırmağın mümkün olmadığını deyib. “Qarşıdurma hər yerdə, hətta Naxçıvan istiqamətində də baş verə bilər. Tovuzda döyüşlər getdiyi zaman gördük ki, Naxçıvan istiqamətində də fəallaşma var. Biz anlamalıyıq ki, hər bir nöqtədə təxribat ola, bizi vadar edə bilərlər ki, cavab qaytaraq və onlar hücuma keçsinlər. Bu mənada biz, düşmənin təxribatlarına bütün istiqamətlərdə hazır olmalıyıq”, - deyə hərbi ekspert əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...