Gürcüstan vətəndaşları Azərbaycana necə gələ bilər?

Gürcüstan vətəndaşları Azərbaycana necə gələ bilər?
Gürcüstan vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmaları üçün qaydalar açıqlanıb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə Azərbaycanda daimi yaşayış icazəsi olan, həmçinin Azərbaycan vətəndaşı ilə nikahda olan Gürcüstan vətəndaşları Azərbaycan ərazisinə daxil olmaq istədikdə əvvəlcədən həm Azərbaycanın Gürcüstandakı səfirliyinə, həm də Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) ərizə ilə müraciət etməlidirlər.

Bundan sonra Gürcüstan XİN Azərbaycanın Gürcüstandakı səfirliyinə nota təqdim edir və bu notanın əlavəsində yer alan siyahıda adı göstərilən Gürcüstan vətəndaşlarının Azərbaycana daxil olmasına icazə verilir.

Bildirilib ki, Azərbaycana yalnız Gürcüstan XİN-in təqdim etdiyi siyahıda adı yer alanların daxil olmasına icazə verilir.

Qeyd olunub ki, Gürcüstan XİN hər həftə Azərbaycanın Gürcüstandakı səfirliyinə yenilənmiş siyahı təqdim edir.

Həmçinin bildirilib ki, Gürcüstanda qalan bütün digər ölkələrin vətəndaşlarının ölkədən çıxması üçün Gürcüstan XİN-ə müraciət etməsinə ehtiyac yoxdur.

“Azərbaycan vətəndaşlarının təxliyə üçün Gürcüstan XİN-ə müraciət etməsinə ehtiyac yoxdur. Bunun üçün yalnız Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edilməlidir”, - deyə məlumatda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...