Rüfət Quliyevi susdurmaq istəyən məmur kimdir?

Rüfət Quliyevi susdurmaq istəyən məmur kimdir?

Deputat Rüfət Quliyev maraqlı açıqlamalar verib. Bildirib ki, barəsində mediada yer alan tənqidi materiallar onu susdurmaq məqsədi daşıyır.

Rüfət Quliyevin sözlərinə görə, bəzi məmurları tənqid etdiyi üçün hədəfə gəlib. Lakin deputat konkret ad çəkməyib. Rüfət Quliyev Yenisabah.az-ın əməkdaşı ilə söhbətində də fikirlərini konkretləşdirməyib. “Yazdırdılar və cavablarını aldılar. Əlavə deyəcəyim nəsə yoxdur. Hamı hər şeyi bilmək istəyir. Amma hələlik deyəcəklərimi demişəm”, - deyə deputat bildirib.

Hakimiyyət islahatlar kampaniyası elan edəndəndən sonra Rüfət Quliyev də ümumi trendə qoşularaq məmurlar haqqında tənqidi fikirlər səsləndirib. Lakin onun tənqidlərində konkret ünvan olmayıb.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) icra başçılarının həbsilə müşayiət olunan xüsusi əməliyyatları zamanı deputat məmurlara çağırış da edib. “Digər məmurlar da bu dərsdən ibrət almalıdır. Onlar bilməlidirlər ki, bu proses davam edir, dayanmır. Məmurlar başa düşməlidirlər ki, artıq geriyə yol yoxdur. Onlara çağırışım budur ki, vətəndaşlara daha çox qayğı göstərsinlər, onların problemlərinin həllinə çalışsınlar. Məmurlar gələcəyi düşünməlidirlər ki, bir neçə il sonra insanlar onları yaxşı xatırlasınlar”, - deyə o vurğulayıb.

Bir həftə əvvəl isə Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid atəşinə tutub. Deputat bildirib ki, iki ay öncə Lənkəranda poliklinikada işləyən həkimlər onun qəbulunda olublar. Söhbət zamanı bəlli olub ki, TƏBİB onlara ayrılan əlavə pulu verməyib. “Onların hamısına söz verilmişdi ki, maaşları üç-beş dəfə artıq olacaq. Həmin həkimlər həyatlarını riskə atırlar.

Ona görə də yanıma şikayətə gəldilər. Şikayət ərizəsini götürdüm, neçə dəfə çalışdım ki, TƏBİB-lə əlaqə saxlayım. Məcbur olub iyunun 12-də TƏBİB-ə məktub yazdım” - deyə deputat bildirib. Lakin qurumdan onun müraciətinə cavab verilməyib.

Avqustun 4-də isə o, TƏBİB-ə zəng edib və deputat kimi onlarla danışmaq istədiyini bildirib: “TƏBİB-in bu məsələ ilə bağlı yanaşmasında iki qəbahət var: həkimlərə pul verilməyib və mənim müraciətimə 40 gündən çoxdur reaksiya göstərilməyib. TƏBİB məsuliyyətini başa düşməlidir. Mən TƏBİB-in başqa işlərinə qarışmıram, amma əlimdə olan faktları deməliyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1086 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...