Nazirlikdən 73 milyon manatlıq tender “udan” şirkət barədə heç yerdə məlumat yoxdur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Xidməti özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Aqri Kon” MMC (VÖEN - 1404267161) olub. Məşğulluq Xidməti qeyd olunan kənd təsərrüfatı mallarının alınması üçün qalib şirkətə 39 milyon 415 min 200 manat vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, “Aqri Kon” MMC 28.06.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimil rayonu, Salatın Əsgərova, ev 121, m. 1” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Sultanov Rəşid Mübariz oğludur.
Qeyd edək ki, “Aqri Kon” MMC ötən il Dövlət Məşğulluq Xidmətinin keçirdiyi analoji tenderlərdə də qalib olub. “Aqri Kon” MMC 2019-cu ildə Məşğulluq Xidmətindən 33 milyon 929 min 42 manat pul alıb.
Dövlət qeydiyyatından keçdikdən cəmi bir il sonra 28 milyon manatlıq tenderin qalibi olan “Aqri Kon” MMC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. Son 2 ildə Dövlət Məşğulluq Xidmətindən 73 milyon manatlıq tender “udan” “Aqri Kon” MMC-nin başqa hansı fəaliyyətinin olduğu barədə açıq internet resurlarda heç bir məlumat yoxdur.
Onu da qeyd edək ki, ötən il "Aqri Kon” MMC-nin nizamnamə kapitalı 10 manat və qanuni təmsilçisi isə Umudov Elman Teyyub oğlu olub. Bildirilir ki, "Aqri Kon” MMC-nin hüquqi ünvanı olan “Salatın Əsgərova, ev 121, m. 1” həm də Umudov Elman Teyyub oğlu qeydiyyatda olduğu ünvandır. 73 milyon "udan" şirkətin ofisi və əlaqə nömrələri barədə məlumat tapmaq mümkün deyil.
821 dəfə oxundu