152 nəfər COVID-19-a yoluxub, 111 nəfər sağalıb, 1 nəfər vəfat edib

152 nəfər COVID-19-a yoluxub, 111 nəfər sağalıb,
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4890, ötən müddət ərzində isə ümumilikdə 878667 test aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...