Azərbaycanda bütün rayonlar ləğv oluna bilər: İnzibati islahat

Azərbaycanda bütün rayonlar ləğv oluna bilər:


Gəncə şəhərinin Kəpəz və Nizami rayonları inzibati ərazi bölgüsünün ləğvi hakimiyyətin artlq inzibati islahatlara başladığından xəbər verir. Görünür, iqtidar büdcə yükünü azaltmaq niyyətindədir. Bu baxımdan Kəpəz və Nizami rayonlarıının ləğvi son olmaya bilər.

“Yeni Sabah” bildirir ki, hazırda Azərbaycanda 66 rayon var. Bu rayonlardan çoxunun əhalisi 100 000-ə çatmır. Onlardan 39-u xərclərini yerli gəlirlər hesabına ödəyir. 27 rayona isə dövlət büdcəsindən dotasiya ayrılır. Ekspertlər hesab edir ki, bu rayonlar faktiki olaraq büdcəyə yükdür. Bu baxımdan, inzibati islahatlara ciddi ehtiyac var.

Təsadüfi deyil ki, deputat Vahid Əhmədov da bu məsələyə toxunaraq bir çox rayonların ləğv olunmasını məqsədəuyğun sayıb. “Bu qədər rayon üçün icra başçısı və hərəsinin ayrıca icra aparatı olması dövlət üçün əlavə yük deməkdir. Misal üçün, şimal zonasında Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonları var. Bu rayonlar məsafə baxımından bir-birinə çox yaxındır. Bu qədər parçalanmağa ehtiyac yoxdur. Bəhs etdiyim rayonlar vahid bir quberniya, ya da əyalət formasında birləşə bilər”, - deyə o bildirib.

Deputat rayonların birləşdirilərək əyalət yaradılmasını təklif edib. O, eyni zamanda Azərbaycanda 11 iqtisadi rayonun olduğunu xatırladaraq inzibati ərazi vahidləri bu rayonlarda birləşdirilməsini mümkün sayıb.

Bəzi məlumatlara görə, hakimiyyət də ərazi bölügülərini 11 iqtisadi rayonda birləşdirə və beləliklə, Azərbaycan inzibati ərazi bölgüsü kimi 11 əyalət yaradıla bilər. Bu halda bələdiyyələrə geniş səlahiyyətlərin veriləcəyi gözlənilir. Bu isə nəhayət, böyük şəhər bələdiyyələrinin yaradılmasını şərtləndirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
762 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...